“İndi biz Laçın rayonuna gedirik. Kəlbəcər-Laçın yolu da təbii ki ən yüksək səviyyədə yenidən qurulacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Laçına səfir zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Kəlbəcər SES-də - VİDEO
Dövlət başçısı bildirib ki, yenicə təməlini qoyduğu tunel bu yolu daha rahat edəcək:
“Bu da sovet dövründə inşa edilən məşhir tuneldir. 1958-ci ildə inşasına başlanılıb. Uzunluğu 200 metrdir Bizim isə inşa edəcəyimiz tunellər 11 km, 5 km- dir.
Bu gün Azərbaycan buna qadirdir. Bu isə köhnə tuneldir. Kəlbəcəri Laçını birləşdirən yeganə yoldur. Artıq bu tunel işıqlandırılıb. Ermənilər buranı tərk edərkən tuneli partlatmaq istədilər, amma qaçhaqaç düşdü alınmadı. Görün bunlar nə qədər məkirli hisslərlə yaşayırlar”.
Bizim.Media