Kabildən qaçmaq istəyən Əfqanıstan sakinləri hava limanına axın etdilər - VİDEO

Kabildən qaçmaq istəyən Əfqanıstan sakinləri hava limanına axın etdilər - VİDEO

Hazırda oxunan: Kabildən qaçmaq istəyən Əfqanıstan sakinləri hava limanına axın etdilər - VİDEO

32839

“Taliban” radikal hərəkatı tərəfindən tamamilə nəzarət altına alınan Əfqanıstanda xaos hökm sürür.

Bizim.Media xəbər verir ki, artıq paytaxt Kabilə gələn və hakimiyyəti təhvil almağa hazırlaşan “Taliban”dan qaçmağa çalışan insanlar paytaxt Kabildəki hava limanına üz tutublar.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən aydın olur ki, aeroport yolunda dəhşətli avtomobil tıxacı var, hava limanına getmək istəyənlərə atəş açılır. Aeroportda isə əsl “apokalipsis” yaşanır.

İnsanlar bir-birilərini əzərək hətta təyyarələrin yük yerlərinə doluşmağa çalışırlar ki, nə yolla olursa-olsun ölkədən çıxa bilsinlər.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO