Rusiya Fövləqadə Hallar Nazirliyinin aviasiyası Yakutiyada meşə yanğınları baş verən yaşayış məntəqələrindən son gündə 100-dən çox insanı təxliyə edib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən yayıb.
Mənbə bildirir ki, Aviasiya departamenti gün ərzində altı uçuş həyata keçirib və 108 nəfəri daşıyıb.
Ümumiyyətlə regionda qaynar nöqtələrin sayı 117-dən 108-ə düşüb.
Bizim.Media