“Mənim Azərbaycanın dövlət rəhbərlərinə xüsusi rəğbətim var. Səbəbini izah edəcəm”.
Bizim.Media xəbər verir ki, bu fikirləri tanınmış ukraynalı jurnalist Dmitri Qordon “Naş” proqramının efirində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
II Dron Müharibəsi gəlir - PUA-larla verilən MESAJLAR
Onun sözlərinə görə, moldovanlar, gürcülər düşünərkən dahi şəxsiyyət Heydər Əliyevin oğlu, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hücuma keçdi və öz torpağını geri aldı, heç bir ölkə buna kəskin reaksiya vermədi:
“Rusiya isə bəyanatında bildirdi ki, döyüşlər Azərbaycan ərazisində gedir və buna qarışa bilmərik”.
Jurnalistin fikrincə, zəfərin qazanılmasında rəsmi Bakıya Türkiyə və İsrail yaxından kömək etdi və müasir hərbi silahlar göndərdi.
Dmitri Qordon fikirlərini belə tamamlayıb: “Mən buna görə Azərbaycana hörmət edirəm. Öz ölkəmə o vaxt hörmət edəcəm ki, o da cəsarətlənib torpağını azad edəcək”.
Bizim.Media