Çində şiddətli yağışlar: 21 nəfər öldü – VİDEO-FOTO

Çində şiddətli yağışlar: 21 nəfər öldü – VİDEO-FOTO

Hazırda oxunan: Çində şiddətli yağışlar: 21 nəfər öldü – VİDEO-FOTO

32460

Çinin Hubey vilayətində şiddətli yağışların törətdiyi fəsadlar 21 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub.

Bizim.Media vilayət hökumətinin məlumatına istinadla xəbər verir ki, bir neçə gündür davam edən mövsüm yağışları daha çox Suycou, Sianyan və Siaoqon şəhərlərində dağıntı və tələfat törədib.

Suyconunun Luilin qəsəbəsində 2700-dən çox ev zərər görüb, onlardan 221-i tamamilə yararsız hala düşüb.

Bundan başqa, 725 elektrik və rabitə xətti dirəyi, 11,3 kilometr uzunluğunda avtomobil yolu, 63 körpü və yol ötürücüsü sıradan çıxıb. Yaşayış məntəqəsində yağıntının miqdarı 503 millimetrə, küçələr yığılan suyun hündürlüyü isə 3,5 metrə çatıb. Şiddətli yağışlar, ümumilikdə 100 mindən çox sakinin həyatına mənfi təsir edib.

Çinin Fövqəladə Hallar Nazirliyi təbii fəlakətlə mübarizənin təşkili üçün Hubey vilayətində heyət göndərib. Meteorologiya qurumu şiddətli yağışların avqustun 13-də gün ərzində davam edəcəyini, sel də daşqın ehtimalının yüksək olduğunu açıqlayıb.

Hazırda təbii fəlakətin törətdiyi fəsadların nəticələri aradan qaldırılır.

Qeyd edək ki, iyun ayından bəri mövsüm yağışları Çinin müxtəlif bölgələrində insan tələfatına, infrastrukturun, evlərin dağılmasına səbəb olub.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO