Kənan M.M. həyat yoldaşını təriflədi - “Çox Xalq artistindən yaxşı oxuyur” - VİDEO

Kənan M.M. həyat yoldaşını təriflədi - “Çox Xalq artistindən yaxşı oxuyur” - VİDEO

Hazırda oxunan: Kənan M.M. həyat yoldaşını təriflədi - “Çox Xalq artistindən yaxşı oxuyur” - VİDEO

32412

“Xəyanəti heç vaxt bağışlamaram. Xəyanəti tək fiziki deyil, gözlə, qəlblə də etmək olar. Bağışlanan şey təkrar ola bilər. Bağışla amma barışma!!! Allaha həvalə et. Qadınlar sevdiyi insandan şübhə edəndə o şübhənin həqiqət olmasını istəyirlər? Niyə? Dua et ki, yanlış olsun da”. 

Bizim.Media xəbər verir ki, bu sözləri rejissor Kənan Mahmudov MTV-də Lamiyə Balacayevanın aparıcılığı ilə yayımlanan “Üzə-düz” verilişində deyib.

O bildirib ki,  peşman olduğu şeylər var:

“Düşünürəm ki, elədiyim səhvlərin əvəzidir. Ona görə də, susuram”.

K.Mahmudov həyat yoldaşının səhnədə olmasına da münasibət bildirib:

“Biz Aygünlə ailə həyatı quranda bilirdik ki, kimik. Sonradan məşhur olmadıq ki... Ailə quranda heç kimdə nəsə dəyişmədi ki. Aygünün səsinin itib-batması vicdan deyildi.

Bunu düşündüm. Çünki o çox Xalq Artistindən yaxşı oxuyur. Bəli. Sənət, vətən sevdası kimi bir şeydir. Mən 100 dəfə də bu dünyaya gəlsəm, yenə özümü bu sənətdə görürəm”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO