Tokio-2020: Fransalı atlet yarışda su şüşələrini bilərəkdən aşırdı - VİDEO

Tokio-2020: Fransalı atlet yarışda su şüşələrini bilərəkdən aşırdı - VİDEO

Hazırda oxunan: Tokio-2020: Fransalı atlet yarışda su şüşələrini bilərəkdən aşırdı - VİDEO

31986

Fransalı atlet Morhad Amduni Tokio-2020 Yay Olimpiya Oyunlarında marafon qaçışı zamanı hərəkəti ilə gündəmə gəlib.

Bizim.Media-nın məlumatına görə, o, qaçış zolağının kənarında idmançılar üçün nzəərdə tutulan su şüşələrini aşırıb, sonuncunu isə özü götürüb.

Bildirilir ki, idmançı bu yolla rəqiblərini çətin vəziyyətə istəyib. Çünki yarış 30 dərəcə istidə keçirilib. Həmin vaxt nisbi rütubət isə 80 faiz təşkil edib.

Amduninin  bu addımı nəticəsində bir neçə idmançı qaçış zolağını tərk etmək məcburiyyətində qalıb. Finişə 17-ci çatan atlet hələlik məsələ ilə bağlı açıqlama verməyib. Marafon yarışında qızıl medalı keniyalı Eliud Kipçoge qazanıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO