“Əgər yoluxma sürətlə davam edərsə, növbəti sərt qapanmalar ola bilər. Bunun çıxış yolu ən qısa zamanda vaksinasiya prosesinə qoşulmaqdır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Xəzər TV-yə 2 saylı Şəhər Poliklinikasının terapevti Mətanət Şirinova deyib. O, bildirib ki, insanlar xüsusilə bu günlərdə vaksinasiya prosesinə məsuliyyətli yanaşmalıdır:
MÖVZU İLƏ BAĞLI:
Payıza doğru yoluxma artacaq – TƏBİB rəsmisindən XƏBƏRDARLIQ
“Birmənalı olaraq virusdan qorunmaq üçün vaksin vurdurmalıdır. Əks halda yoluxma zamanı risklər arta bilər”.
Qeyd edək ki, Azərbaycanda yoluxma sayı 1300 nəfəri ötüb. Bu rəqəm son həftələrin ən yüksək göstəricisidir. Ölkə üzrə vaksin olunanların sayı isə 5 milyonu keçib.
Bizim.Media