"Ermənilər özlərini yalandan yerə yıxır" - SƏRHƏDDƏ SİMULYASİYA - VİDEO

Hazırda oxunan: "Ermənilər özlərini yalandan yerə yıxır" - SƏRHƏDDƏ SİMULYASİYA - VİDEO

31628

Ermənistanın ombudsmanı Arman Tonoyan Azərbaycanı Arazdəyən istiqamətində meşə yanğınlarında günahlandırıb.

Bizim.Media xəbər verir ki, erməni tərəfi bununla bağlı video da yayıb.

Görüntülərin növbəti erməni uydurması olduğunu təsdiqləyən faktlar var:

1. Meşələrin məhvinə hesablanmış yanğınları Azərbaycan tərəfi reallaşdırıbsa, görüntüləri niyə yaxından yox, uzaqdan çəkib?

2. Azərbaycan əsgərləri ekoloji terror törədirsə, özlərini lentə almaqla nə üçün ələ verirlər ki?

3. Videonu erməni tərəfi gizlin çəkibsə, necə olur ki, onlar Azərbaycan əsgərinin arxasındadır? Xatırladaq ki, hər iki tərəf sərhəd boyu üzbəüz mövqedədir. 

4. Əgər bu mövqe Azərbaycana aiddirsə, orada heç bir atribut görünmür, bizim isə bütün sərhəd məntəqə və postlarımızda üçrəngli bayrağımız dalğalanır.

5. Və nəhayət, daha əvvəl də ermənilərin Azərbaycan silahlı qüvvələrinin hərbi forması ilə müxtəlif təxribatları qeydə alınıb. Bu onların çeynənmiş variantıdır.

"Ermənilər yalandan özünü yerə yıxır. Bu lap 2002-ci il futbol üzrə dünya çempionatında Türkiyənin oyunçusu Hakan Ünsalın topa zərbəsindən sonra braziliyalı Rivaldonun üzünü tutub yerə yıxılmağına oxşayır. Həmin epizoda görə hakim haqsız yerə türk futbolçuya qırmızı kart göstərmişdi. Ermənilər də atəşkəsi pozmaq və yanğın törətməklə Azərbaycanı aqressor kimi qələmə vermək istəyirlər. İrəvanın məqsədi Cənubi Qafqazda Türkiyə, Avropa İttifaqı və Rusiya arasında ən azından diplomatik ziddiyyətlər yaratmaqdır ki, bu da daşnakların "Artsax" xülyalalarına hesablanıb".

Ermənilərin sonuncu simulyasiyasının görüntülərini təqdim edirik:

Anar Rəhimov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO