Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO - FOTO

Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO - FOTO

Hazırda oxunan: Azərbaycanda yeni musiqi aləti yaradıldı - VİDEO - FOTO

31279

Azərbaycanda yeni musiqi aləti yaradılıb.

Bizim.Media xəbər verir ki, "RA.TAR" adı verilən musiqi alətinin ideya və müəlliflik hüququ Ramil İsgəndərova məxsusdur.

Yeni alət görünüşünə görə tara bənzəsə də bir sıra xüsusiyyətlərinə görə ondan fərqlənir.

"Tarın üzərinə inək ürəyinin pərdəsi çəkildiyi halda, burada üz qapağı taxtadandır. Alət tam şəkildə elektronlaşdırılıb. Səslənməsi də ənənəvi tardan tamamilə fərqlidir. Bu ideya məndə yaranandan sonra dərhal hazırlanması üçün ustalarla görüşdüm. Alətin hazırlanmasından 3 ustanın - Musa Yaqubov, Şirvan Həziyev və Fikrət Quliyevin əməyi var. Mən onların hər birinə təşəkkür edirəm. Ümid edirəm ki, "RA.TAR" Azərbaycanda da, dünyada da sevilən musiqi alətinə çevriləcək", - deyə müəllif qeyd edib. (trend)

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO