İrəvan yezidi kürd kartını aktivləşdirir - NƏ BAŞ VERİR? - VİDEO

İrəvan yezidi kürd kartını aktivləşdirir - NƏ BAŞ VERİR? - VİDEO

Hazırda oxunan: İrəvan yezidi kürd kartını aktivləşdirir - NƏ BAŞ VERİR? - VİDEO

31123

Ermənistan parlamenti 1 dəqiqəlik sükutla yezdi kürdlərinin Şenqal qətliamını soyqırım kimi anıb.

Bizim.Media "Telegram" kanallarına istinadən xəbər verir ki, erməni deputat Rüstəm Bakoyan erməni və yezdi kürdlərinin qardaş xalq olduğunu vurğulayıb. 

Müsəlman adı daşıyan erməni deputat Şenqaldakı yezdi kürdlərinin soyqırımını qondarma "erməni soyqırımı ilə eyniləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Üçlüyün arasındakı DÖRDÜNCÜ: - İrəvan zamanı uduzur


Qeyd edək ki, 2014-cü ilin avqust ayında İŞİD 450 min yezidinin yaşadığı Şenqal bölgəsində silahlı hücum həyata keçirib. Bu zaman minlərlə yezidi öldürülüb, çoxu qaçırılıb. Birləşmiş Millətlər Təşkilatı və İraq İŞİD-in yezidilərə qarşı həyata keçirdiyi bu hadisəni soyqırımı adlandırıb. 

Ermənilərin yezdi kürdlərilə dərd bölgüsü saxtakarlığının isbatı daşnakların uydurma "soyqırım"larıdır. Bundan başqa, ermənilərin özləri kürdlərə qarşı soyqırım törətmiş hibrid millətdir. Türkiyə lideri Ərdoğanın tarixi faktlara istinad etdiyi açıqlamasında deyilir:

"Təkcə 1915-ci ildə ermənilər Anadoluda 1 milyona yaxın silahsız kürdü qətlə yetiriblər".

Qeyd edək ki, ermənilər vəhşi kimi öldürdükləri kürdləri də erməni adı ilə tarixə sırımaq istəyirlər. Nədir, nədir "soyqırım"ı tanıtsınlar. 

Xatırladaq ki, 44 günlük müharibə zamanı yezdi kürdləri İrəvanda etiraz edənlər arasında idi və savaşa qarşı çıxırdılar. Çünki ermənilər onları məcburən Azərbaycana qarşı savaşmağa yollayırdılar. 

"Жара" çərçivəsində Bakıda oxuyan Zara Mqoyan da yezdi kürdü idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO