FHN-in əməkdaşları yanğınla mübarizəni davam etdirir - FOTO/VİDEO

FHN-in əməkdaşları yanğınla mübarizəni davam etdirir - FOTO/VİDEO

Hazırda oxunan: FHN-in əməkdaşları yanğınla mübarizəni davam etdirir - FOTO/VİDEO

30921

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını fədakarlıqla davam etdirirlər.

Bizim.Media bildirir ki, FHN-dən məlumat verilib.

Belə ki, bu gün ərzində Nazirliyin qüvvələri tərəfindən helikopterin tətbiqi ilə Fəthiyə istiqamətində 5-7 hektar ərazidəki yanğın söndürülüb. Digər istiqamətlərdə yanğınların söndürülməsi üçün zəruri tədbirlər davam etdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

FHN-in növbəti qrupu Türkiyəyə çatdı - FOTO


Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti hazırda Marmaris bölgəsindədir. E.Mirzəyev yanğın baş verən ərazidə qüvvələrin işi ilə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib.

Daha sonra Böhranların İdarə edilməsi Mərkəzində Azərbaycan FHN və yerli qüvvələrin təmsilçilərinin iştirakı ilə müşavirə keçirilib, atılacaq növbəti addımlar müzakirə olunub.

Qeyd edək ki, havanın yüksək temperaturunun hökm sürdüyü mürəkkəb relyefli dağlıq ərazidə yanğınsöndürənlərimiz yanğınlarla mətinliklə mübarizə aparırlar.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO