"Virus heç yerə getməyib. Hazırda karantin davranışları tələbləri qalmaqdadır. Maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək vacibdir”.
Bizim.Media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Xüsusi karantin rejimi ilə bağlı Əli Əsədovdan YENİ QƏRAR
O, bildirib ki, sözügedən tələblərin pozulmasının qarşısının alınması istiqamətində gündəlik monitorinq və nəzarət həyata keçirilir:
“Bir daha hamını bu qaydalara əməl etməyə çağırıram. İnanıram ki, bu gün verdiyimiz məlumatlar özününzün və əzizlərinizin peyvənd olunmasına, eləcə də bu bəladan qurtulmağımıza töhfə verəcək”.
Alçina Amilqızı, Bizim.Media