Aralarında qadın olan soyğunçu dəstə saxlanıldı - VİDEO

Aralarında qadın olan soyğunçu dəstə saxlanıldı - VİDEO

Hazırda oxunan: Aralarında qadın olan soyğunçu dəstə saxlanıldı - VİDEO

29849

Polis qrup halında qarət, soyğunçuluq, işgəncə və başqasının azadlığını qanunsuz olaraq məhdudlaşdırmaq ittihamı ilə 6 nəfər saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili işlər nazirliyi məlumat yayıb.

Mənbə bildirir ki, Tbilisinin Vake-Saburtalo polis departamentinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup halında fəaliyyət göstərən mütəşəkkil dəstə üzvləri: 1998-ci il təvəllüdlü D.S, 1998-cı il təvəllüdlü V.G, 1990-cı il təvəllüdlü L.X, 2002-ci il təvəllüdlü N.Z, 1981-ci il təvəlldlü R.A və 1994-cü il təvəllüdlü K.L saxlanılıb.

Məlum olub ki, onlar 14 iyul tarixində Tbilisinin Şartava küçəsində 1993-cü il təvəllüdlü D.K-nın evinə daxil olaraq, ona fiziki şiddət göstəriblər.

Təqsirləndirilən şəxslər zərəçəkəni öldürməklə ittiham edərək, onun pulunu və digər əşyalarını müsadirə ediblər. Onlar daha sonra, D.K-nı şəhər kənarına apararaq, ciddi fiziki təzyiq göstəriblər.

Bundan əlavə, təqsirləndirilən şəxslərdən V.G və K.L zərəçəkmiş D.K-ya 18 iyul tarixində ikinci dəfə fiziki şiddət göstərərək, telefon və digər özəl əşyalarını müsadirə ediblər.

Təqsirləndirilən şəxslər barəsində cinayət məcəlləsinin 143, 144, 178 və 179-cu maddələrinin müvafiq bəndləri əsasında istintaq başladılıb. Sözügedən maddələr əsasında təqsirləndirlən şəxsləri 9 ildən 15 ilədək həbs cəzası gözləyir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO