"Həmin gün keçirdiyim hissləri təsvir edəcək ifadə yoxdur, sözlər sadəcə acizdir. Körpədirlər, bərk-bərk qucaqlamağa ehtiyacları olduqları bir vaxtda itirdilər atalarını…".
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Zülfiyyə Xanbabayeva şəhid övladlarına aid videoya başlıqda yazıb.
Fikrinin davamında Xanbabayeva bildirib ki, "Qısa, amma şərəfli ömür yaşayan ölməz Qəhrəmanlarımız! Ruhunuz hər zaman şad olsun! Sizin bu körpə balalarınız bizə əmanətdir!".
Həmin videonu təqdim edirik:
Bizim.Media