İyulun 7-də öldürülən Haiti prezidenti Jovenel Moizin dəfn mərasimi Kap-Aitien şəhərində baş tutub.
Bizim.Media xəbər verir ki, mərasimə mərhumun həyat yoldaşı Martin Moiz və respublika rəhbərliyinin üzvləri qatılıb.
“Jovenel, sənə xəyanət etdilər və vəhşicəsinə öldürdülər. Ancaq ən böyük günahların ölkəyə sevgi, zəifləri və ən həssas insanları qorumaq, ölkəni korrupsiyalaşmış oliqarxlardan azad etmək istəyin idi. İntiqam almaq istəmirik, amma qorxudan əsla təslim olmayacağıq. Biz döyüşü uduzduq, müharibəni yox”, deyə Martin Moiz vida nitqində qeyd edib.
Daha sonra Haiti prezidenti Jovenel Moiz torpağa tapşırılıb.
Bizim.Media