ABŞ-ın Miçiqan ştatında qar adamı kameralara tuş gəlib.
Bizim.Media xəbər verir ki, çayda çimən bir turist uzaqdan qeyri-adi bir kölgə görüb. Tez kameranı işə salan kişi, qar adamını kameranın yaddaşına köçürüb.
Görüntülərdə qar adamı əlində balası ilə Miçiqanda yerləşən Kass çayını keçməyə çalışır.
Video qısa zaman ərzində “YouTube”da yayılıb və çox sayda baxış toplayıb. İnternetdə bunun həqiqətən Şimali Amerikanın meşələrində tez-tez rast gəlinən eyni əfsanəvi məxluq olub olmadığı barədə qızğın mübahisələr başlayıb.
Qeyd edək ki, ABŞ-da qar adamı tez-tez insanların qarşısına çıxır. Son 50 ildə təxminən 10 min nəfər bu sirli məxluqla qarşılaşdıqlarını bildirib.
Sözügedən videogörüntünü təqdim edirik:
Bizim.Media