"Neftçi" "Olimpiakos"a məğlub oldu - VİDEO

Hazırda oxunan: "Neftçi" "Olimpiakos"a məğlub oldu - VİDEO

29423

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Bakı) matçı başa çatıb. 

Bizim.Media xəbər verir ki, Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçirilən qarşılaşma "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb -1:0. 

Oyunun 29-cu dəqiqəsində Yunanıstan təmsilçisinin heyətində Məhəmməd Kamara fərqlənib. 

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq. 

"Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayıb. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO