Rusiya Müdafiə Nazirliyi Ağdamda yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən yeni görüntülər yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Telegram kanallarında yer alıb.
Mənbə yazır ki, monitorinq fasiləsiz olaraq “Forpost” və “Orlan-10” PUA-ları ilə aparılır.
MÖVZU İLƏ BAĞLI:
Xarici jurnalistlər Ağdamda Monitorinq Mərkəzində oldular
Xatırladaq ki, bu ilin yanvarında Mərkəzin açılış mərasimində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Aleksandr Fomin və Türkiyə Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu iştirak edib.
İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Bizim.Media