Sumqayıtda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, həyatının böyük bir hissəsini dəmir barmaqlıqlar arxasında yaşamış məşhur cibgir Qəmərin oğlu "iş başında" yaxalanıb. 10 dəfə məhkumluq həyatı yaşamış Elxan Cəfərov yenidən tutulub.
Avtobuslardan, ticarət mərkəzlərindən oğurluq edən şəxs saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda narkotacirlərə qarşı əməliyyatlar keçirilib, 7 nəfər saxlanılıb - VİDEO
Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən içərisində 150 manat olan pul qabını oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb.
Elxan Cəfərov yaşadığı evdən çıxaraq 9 nömrəli marşrut avtobusuna minib. Avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub.
İstintaqa cəlb edilən Elxan Cəfərovun indiyədək 10 dəfə məhkum olduğu və ümumilikdə 20 il həbsxana həyatı yaşadığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, onun ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elxan Cəfərov Sumqayıt Polisi tərəfindən yaxalanan məşhur cibgir və narkotik alverçisi Qəmər Cəfərovanın oğludur.
Bizim.Media