Rusiyanın Amur bölgəsində iki qatarın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb, onlardan 2-nin yeri hələlik müəyyən edilməyib.
Bizim.Media xəbər verir ki, bu barədə Amur Mülki Müdafiə və Yanğın Təhlükəsizliyi Mərkəzinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, xəsarət alanlar həkim nəzarəti altındadırlar.
MÖVZU İLƏ BAĞLI:
Pakistanda 2 qatar toqquşdu - 36 ölü, 50 yaralı var - VİDEO
Xilasedicilər ərazidə axtarış işlərini davam etdirir.
Xatırladaq ki, hadisə ötən gün “Verxni Ulak” stansiyasından 51 km məsafədə baş verib. Daha əvvəl iki ölü və iki yaralı haqqında məlumat verilmişdi.
İlkin versiyaya görə, hadisəyə səbəb maşinistlərdən birinin ürəktutması olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb.
Bizim.Media