Film kimi olay: Ata 9 yaşlı oğlunu anasının əlindən oğurladı – ANBAAN VİDEO

Film kimi olay: Ata 9 yaşlı oğlunu anasının əlindən oğurladı – ANBAAN VİDEO

Hazırda oxunan: Film kimi olay: Ata 9 yaşlı oğlunu anasının əlindən oğurladı – ANBAAN VİDEO

274338

Rusiyanın Yekaterinburq şəhərində bir kişi 9 yaşlı oğlunu fast-food kafesində anasının əlindən zorla aparıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Yekatskoe Chtivo” Telegram kanalı məlumat yayıb.

Hadisə avqust ayının sonunda baş verib. Kişi bir qrup insanla birlikdə uşağı anasının əlindən zorla götürüb. Uşaq müqavimət göstərməyə çalışsa da, aparılıb. Bu anlar videoya düşüb.

Hazırda uşağın harada olduğu məlum deyil. Polis oğurluq maddəsi üzrə materialları İstintaq Komitəsinə təqdim edib.

Qeyd olunur ki, valideynlərin boşanmasından sonra uşaq razılaşmaya əsasən anası ilə yaşayırmış. Lakin atası müəyyən vaxtda uşağı götürərək geri qaytarmayıb, onu məsafədən təhsilə keçirib və öz valideynlərinin yanına aparıb. Yazda məhkəmə uşağı anasına təhvil verib, atanın valideynlik hüquqlarını məhdudlaşdırıb və  iyunda uşaq yenidən anasına qaytarılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO