III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçirilən yarışlar bu gün təhlükəsiz şəraitdə başa çatıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin müddət ərzində DİN-in əməkdaşları tərəfindən ictimai asayişin qorunması və hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması istiqamətində fasiləsiz xidmət təşkil olunub.
Polisə edilən müraciətlərə operativ reaksiya verilib, həmçinin idmançıların, şəhərə gələn qonaqların və sakinlərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.
Bizim.Media