Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət istiqaməti dəyişdirildi – VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət istiqaməti dəyişdirildi – VİDEO

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ: Bu yolda hərəkət istiqaməti dəyişdirildi – VİDEO

274175

Mərdəkan prospektində hərəkətin təşkilində dəyişiklik edilir.

Bu barədə Bizim.Media-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Mərdəkan prospektində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə müvafiq təhlillər aparılıb.
 

Hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.


Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO