Bu ərazidə su borusu partladı, yol çökdü – VİDEO

Bu ərazidə su borusu partladı, yol çökdü – VİDEO

Hazırda oxunan: Bu ərazidə su borusu partladı, yol çökdü – VİDEO

274174

Hövsan qəsəbəsi “Mida-2” yaşayış kompleksində su borusu partlayıb.

Bizim.Media xəbər verir ki, sakinlər Baku.ws-ə bildirib ki, eyni problem iki gündən bir təkrarlanır. Boruların partlaması nəticəsində ərazi su altında qalır. Piyadalar və avtomobillər üçün hərəkət çətinləşib.

Vətəndaşlar deyir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problemlə ciddi məşğul olan yoxdur:

“Boru müvəqqəti düzəldilir, lakin 2-3 gün keçməmiş yenidən xətdə qəza olur”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ünvanda içməli su xəttində qəza baş verib:

“Hazırda müvafiq rayon sukanal idarəsinin qəza briqadası ərazidədir, su xəttinin təmiri və bərpası istiqamətində istismar qaydalarına uyğun işlər görülür”. (Qafqazinfo.az)









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO