Söküləcəyi deyilən tarixi bina ilə bağlı rəsmi açıqlama – VİDEO

Söküləcəyi deyilən tarixi bina ilə bağlı rəsmi açıqlama – VİDEO

Hazırda oxunan: Söküləcəyi deyilən tarixi bina ilə bağlı rəsmi açıqlama – VİDEO

274164

Sosial şəbəkələrdə Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən tarixi binanın söküləcəyi ilə bağlı iddialar yayılıb. 

Bizim.Media xəbər verir ki, sözügedən binanın yaxın vaxtlarda söküləcəyi, artıq bununla bağlı yaşayış yerinin üzərində müvafiq işarələrin də qoyulduğu deyilir. 

Problemlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, həmin binanın sökülməsi nəzərdə tutulmayıb:
 

“Bildirmək istəyirik ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib. Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur”.


Komitədən əlavə edilib ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO