Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

Hazırda oxunan: Xocəsən yolunda qırmızı işıqda keçən yük maşını ağır QƏZA törətdi – ANBAAN VİDEO

274127

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

NİİM-dən Bizim.Media-ya verilən məlumata görə, xəbərdarlıqda bildirilib:
 

"Paytaxtın Binəqədi rayonu, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi göstərdi ki, bu qəzanın qarşısını almaq üçün sadəcə, işıqforun qırmızı işığında dayanmaq kifayət idi.


Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır.

Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur.

Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO