Krımda ən böyük neft terminalı yandı – ANBAAN VİDEO

Krımda ən böyük neft terminalı yandı – ANBAAN VİDEO

Hazırda oxunan: Krımda ən böyük neft terminalı yandı – ANBAAN VİDEO

274113

Ukrayna qüvvələrinin hücumundan sonra işğalda olan Krım yarımadasının Feodosiya şəhərində yerləşən iri neft terminalında güclü yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri Ukrayna mənbələri yayıb.
 

Qeyd edilib ki, bu terminal Krım ərazisindəki ən böyük neft infrastrukturudur. Hadisə yerində yanğınsöndürmə briqadaları işləyir, lakin hələlik zərərin miqyası barədə dəqiq məlumat açıqlanmayıb.


Rusiyanın Bryansk vilayətində yerləşən İstilik Elektrik Stansiyası (İES) da Ukrayna tərəfindən hədəf alınıb. 

Zərbənin nəticələri barədə təfərrüatlar dəqiqləşdirilir. İlkin məlumatlara görə, hücum enerji infrastrukturuna ciddi zərər vurub, bəzi bölgələrdə elektrik təchizatında fasilələr yarana bilər.

Bu hücumlar Ukrayna ilə Rusiya arasında davam edən hərbi qarşıdurmanın enerji infrastrukturu üzərində daha da intensivləşdiyini göstərir. Krımda neft terminalının, Bryanskda isə elektrik stansiyasının vurulması həm regionun enerji təhlükəsizliyinə, həm də müharibənin gedişatına mühüm təsir göstərə bilər.

Hazırda hər iki bölgədə itkilər və dağıntılar barədə rəsmi açıqlamalar gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO