Şəkidə yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO

Şəkidə yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO

Hazırda oxunan: Şəkidə yol çökdü, təhlükəli vəziyyət yarandı - VİDEO

273948

Şəkidə son günlər yağan yağışlar ərazidən keçən Dəyirman çayının istinad divarını dağıdıb, su yolun yarısını yuyub. Yolaltı torpaq yuyulduğundan asfalt örtüyü təhlükəli vəziyyətə düşüb.

Bizim.Media xəbər verir ki, söhbət Şəkidə, Xan sarayının qala divarlarından 20-30 metr aralıda yerləşən Əlövsət Sadıqov küçəsindən gedir.

Ərazi nəqliyyat vasitələrinin intensiv işlədiyi yerdir. Hazırda qalan asfalt örtüyünün altını da su yuyub, ərazidə çatlar yaranıb.

Oarda yaşayanlar payız fəsli ilə əlaqədar əraziyə yenə sel gələrsə, yolun qalan hissəsinin dağılacağından, yüksək gərginlikli elektrik və qaz xətlərinin sıradan çıxacağından və evlərinə təhlükə yaranacağından narahatdırlar. Ən əsası isə ərazi çaya doğru enişli olduğundan sürücü və piyadalar üçün ciddi təhlükə mənbəyidir.
 

Məsələ ilə bağlı Şəki Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin yer qoruq ərazisi olduğundan bərpası üçün xüsusi yanaşma tələb edilir. İcra hakimiyyətinin vəsaiti ilə görülə biləcək iş olmadığından layihələndirmə işləri üçün tender sorğusu keçirilib, hazırda layihə işləri gedir. Layihələndirmə başa çatdıqda ekspertiza aparılacaq və vəsait ayrılması üçün aydiyyəti mərkəzə müraciət ediləcək. Vəsait ayrılan kimi də bərpa işlərinə başlanılacaq.


Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO