Putin zarafatla özünü gələcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ADLANDIRDI - VİDEO

Putin zarafatla özünü gələcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ADLANDIRDI - VİDEO

Hazırda oxunan: Putin zarafatla özünü gələcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru ADLANDIRDI - VİDEO

273670

Rusiya prezidenti Vladimir Putin ABŞ nümayəndələri ilə qarşılıqlı əlaqə təcrübəsindən danışarkən zarafatla özünü “gələcək ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ / CIA) direktoru” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxışı zamanı danışıb.
 

«Mən Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru kimi nə görmüşəm bilirsizmi? Yəni gələcək direktor kimi!» — dövlət başçısı zarafatla deyib.


Putinin sözlərinə görə, keçmiş ABŞ prezidenti Corc Buş onu MKİ direktorunun iştirakı ilə gizli sənədlərlə tanış edib:

“O dedi: “cənab prezident, siz bu Top Secret sənədləri oxumusunuz, xahiş edirəm imza atın, belə qayda var”. Mən dedim: “Yaxşı, olar”. Götürdüm, imza atdım”.
 

 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO