Əməliyyat zamanı qeyri-etik hərəkətlər edən şəxs yenidən GÜNDƏMDƏ - VİDEO

Əməliyyat zamanı qeyri-etik hərəkətlər edən şəxs yenidən GÜNDƏMDƏ - VİDEO

Hazırda oxunan: Əməliyyat zamanı qeyri-etik hərəkətlər edən şəxs yenidən GÜNDƏMDƏ - VİDEO

273664

Sosial şəbəkələrdə saxta həkim olduğu iddia edilən, "Uğur-777” estetik klinikasında gerçəkləşdirdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlaması ilə bağlı video yayılıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə pasiyent klinikaya gəlir, həkimlə görüşür, liposaksiya və buxaq əməliyyatı olunmaq istədiyini dilə gətirir.

Sosial platforma üzərindən açdığı səhifələrdə "Dr Gülü " kimi tanınan estetik həkim Gülbadə Abdulayeva ilə yeni ünvandaca görüşür.

Videogörüntünün izi ilə yollandıq ünvana, yeni iş yeri, yeni avadanlıqlar, boş otaqlar. Qəbul şöbəsindən başqa klinikada heç kim gözümüzə dəymədi. Bir neçə dəqiqə Gülbadə Abdullayevanın yolunu gözlədik. O, "Dost" estetik mərkəzində çalışdığını təsdiqləsə də, cərrah kimi fəaliyyətə hələ başlamadığını dedi.
 

Adının Səhiyyə Nazirliyinin tibb işçilərinin vahid reyestrində olmadığı halda necə fəaliyyət göstərədiyinə gəlincə, Gülbadə Abdullayeva diplomunun tanınması üçün artıq müraciət etdiyini dedi.


Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbadə Əlqismət qızının adı tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

O da bildirib ki "Dost Estetik Mərkəzi" tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.

Bu mərkəzin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil".

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO