“AzParking”in əməkdaşı görün hansı sirləri açdı – ŞOK FAKTLAR - VİDEO

“AzParking”in əməkdaşı görün hansı sirləri açdı – ŞOK FAKTLAR - VİDEO

Hazırda oxunan: “AzParking”in əməkdaşı görün hansı sirləri açdı – ŞOK FAKTLAR - VİDEO

273379

Bakıdakı “AzParking”ın 1,5 illik iş stajına malik əməkdaşı, müharibə veteranı Kənan İlyasov şirkətdə ona qarşı ədalətsiz davranışlardan şikayət edib. 

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda İlyasov əmək hüquqlarının kobud şəkildə pozulduğunu və şirkətdə qanunsuzluqların olduğunu iddia edib: 
 

“İşçiləri tualetə yalnız gündə bir dəfə buraxırlar, nahar fasiləsi verilmir, bayram günləri əlavə ödəniş almırlar, siqaret çəkmək qadağandır”.


O, daxili nəzarətçi Zalış Zeynalov və auditor İlkin bəyin vaxtla manipulyasiya etdiyini, nəticədə avtomobil nömrələrinin sistemdə görünmədiyini və sürücülərlə münaqişələrin yarandığını deyib. 

İlyasov rəhbərlikdə qohumluq əlaqələrinin olduğunu və vəzifə yüksəlişi üçün rüşvət tələb edildiyini iddia edib:

“Onlara göstərişləri xidmət rəisi Yalçın Bəşirov və regional direktor Azər Seyfullayev verir. Bizə böhtan atırlar. Bütün rəhbərlik qohumlardan, yerlilərindən, əmisi uşaqlarından ibarətdir. Vəzifəyə yüksəliş üçün də rüşvət tələb olunur”.

“AzParking” MMC caliber.az-a yayılan məlumatların həqiqəti əks etdirmədiyini və qərəzli olduğunu bildirib. Şirkət əməkdaşlarının hüquqlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tam qorunduğunu vurğulayıb. İşçilər növbəli iş rejimində çalışır, gün ərzində bir saatlıq nahar fasiləsi verilir və bayram günlərində qanunvericiliyə uyğun ödəniş alırlar. Bütün əməkdaşlar ödənişli və ödənişsiz məzuniyyət hüququna malikdir.

Şirkət həmçinin həssas qruplardan olan şəxsləri işə qəbul edir – çoxuşaqlı ailə başçıları, təkbaşına övlad böyüdən atalar, tələbələr və sağlamlıq imkanları məhdud şəxslər komandada çalışır.

Videoda iddia edilən audit şöbəsinin qanunsuz hərəkətləri barədə məlumatlar da təkzib olunub. Şirkət əməliyyatların yalnız sistem vasitəsilə izlənildiyini və tam nəzarət altında olduğunu açıqlayıb.

“AzParking” MMC əsas məqsədinin vətəndaşlara keyfiyyətli xidmət göstərmək və əməkdaşların hüquqlarını qorumaq olduğunu bildirərək, qərəzli məlumatlara yalnız faktlara əsaslanaraq reaksiya verəcəyini və fəaliyyətini ədalət, etibar və qarşılıqlı dəyər prinsiplərinə əsaslanaraq davam etdirəcəyini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO