Odessanı su basdı - 9 ölü var – FOTO/VİDEO

Odessanı su basdı - 9 ölü var – FOTO/VİDEO

Hazırda oxunan: Odessanı su basdı - 9 ölü var – FOTO/VİDEO

273347

Ukraynanın Odessa şəhərində və vilayətində xilasedicilər artıq bir sutkadır ki, intensiv yağışların səbəb olduğu daşqınların nəticələrini aradan qaldırırlar. Təbii fəlakət nəticəsində 9 nəfər ölüb, onlardan biri azyaşlıdır.

Bizim.Media bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir.

Qeyd olunur ki, xilasedicilər gecə boyu su basmış ərazilərdən insanların təxliyəsinə, avtomobillərin çıxarılmasına və binalardan suyun çəkilməsinə kömək ediblər.

Səhər saat 07:00 radələrində bir gün əvvəl itkin düşən qız tapılıb. Axtarış yerində SES-in psixoloqu da fəaliyyət göstərir.
 

Ümumilikdə, təbii fəlakət zonasında 362 nəfər xilas edilib, 227 avtomobil təxliyə olunub. Dövlət xidməti xilasetmə işlərinə 255 xilasedici və 68 texnika cəlb edib.


Sentyabrın 30-da Odessaya yağan güclü leysan nəticəsində beş nəfərdən ibarət ailə həlak olub.

Dövlət Xidmətinin Odessa vilayəti üzrə sözçüsü Marina Averinanın sözlərinə görə, ən dəhşətli hadisələrdən biri binanın zirzəmisində yaşayan beş nəfərlik ailənin faciəli aqibəti olub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO