Liposaksiyadan sonra bədəni çürüyür - "Əslində həkim yox, aşpaz imiş" - VİDEO

Liposaksiyadan sonra bədəni çürüyür - "Əslində həkim yox, aşpaz imiş" - VİDEO

Hazırda oxunan: Liposaksiyadan sonra bədəni çürüyür - "Əslində həkim yox, aşpaz imiş" - VİDEO

272485

Liposaksiya əməliyyatı olunan 36 yaşlı qadın bədəninin çürüdüyünü iddia edir.

Bizim.Media xəbər verir ki, bu barədə “Xəzər” TV-yə danışan şikayətçi bildirib ki, əməliyyatı “Uğur-777” estetik klinikasında həkim Firuzə Əliyeva icra edib.
 

Cəmalə Rüstəmova iddia edir ki, vəziyyəti ağırlaşdığından o, “Uğur-777” estetik klinikasının rəhbəri Xəyalə İsmayılovaya müraciət edib. Xəyalə İsmayılova ona yenidən əməliyyat olunmasını tövsiyə edib. Bu dəfə isə əməliyyat daha ağır fəsadla nəticələnib.


Liposaksiya əməliyyatından sonra piy toxumasının əriməsi, qarın əzələsinin ciddi zədələnməsi, piy qatlarının parçalanması diaqnozu qoyulan qadın hazırda çarəsiz vəziyyətdə olduğunu bildirib.

Xəyalə İsmayılova isə qeyd edib ki, Cəmalə Rüstəmovanın şikayəti ilə bağlı məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Baş Prokukorluqdan verilən məlumata görə, qanunsuz tibbi müdaxilə nəticəsində vətəndaşın səhhətinə zərər vurulması faktı üzrə cinayət işinin araşdırılması davam etdirilir.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO