Naxçıvanda “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılışı oldu - VİDEO

Naxçıvanda “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılışı oldu - VİDEO

Hazırda oxunan: Naxçıvanda “Ehtiyat zabit hazırlığı kursu”nun buraxılışı oldu - VİDEO

27238

Naxçıvan Qarnizonu Qoşunlarında Vətən müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun da cəlb edildiyi ehtiyat zabit hazırlığı kursunu başa vuran məzunlara ilkin zabit rütbələri təqdim edilib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadla  xəbər verir ki, kursları uğurla bitirənlərin xidmət yerlərinə yola salınmaları münasibətilə buraxılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-leytenant Fazil Ağalarov bildirib ki, bir neçə gün əvvəl Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə keçirilən birgə taktiki-xüsusi təlimində "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının uğurla tətbiq edilməsi, Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksinin, yeni xidməti avtomobillərin istifadəyə verilməsi ordu quruculuğu istiqamətində görülən işlərin məntiqi davamıdır. 

Çıxışların ardından məzunlara rütbə, sertifikat və hədiyyələr təqdim edilib.

Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurub və məzunların yeni vəzifələrə təyin olunmaları ilə bağlı əmrlər mərasim iştirakçılarına çatdırılıb. Əmrlər oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO