Kəlalə-Ağbənd körpüsü bu tarixdə istifadəyə veriləcək - VİDEO

Kəlalə-Ağbənd körpüsü bu tarixdə istifadəyə veriləcək - VİDEO

Hazırda oxunan: Kəlalə-Ağbənd körpüsü bu tarixdə istifadəyə veriləcək - VİDEO

272167

İran və Azərbaycan arasında strateji əhəmiyyət daşıyan Kəlalə-Ağbənd körpüsü bu ilin sonuna qədər tamamlanacaq.

Bizim.Media xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, nazir dünən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə birlikdə Culfa-Kəlalə yolu və Kəlalə-Ağbənd sərhəd körpüsü layihələrinə baxış keçirib.

O, marşrut boyunca aparılan yol və tunel tikintilərində son bir ildə diqqətəlayiq irəliləyişlərin olduğunu vurğulayıb.

Fərzanə Sadiq deyib ki, layihə İranı şərq-qərb və şimal-cənub dəhlizlərinin kəsişməsində strateji mərkəzə çevirəcək:

"Bu marşrut həm İran, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. O, Avropa, Şərqi və Orta Asiya, eləcə də Qara dəniz istiqamətlərində ən təhlükəsiz və qısa tranzit yollarından birinə çevriləcək”. 

Nazir əlavə edib ki, gömrük və tranzit məsələlərinin həlli ilə Azərbaycan yük maşınları və sürücüləri İran ərazisindən maneəsiz şəkildə Avropaya səfər edə biləcəklər.
 

Sadiqin sözlərinə görə, dəmir yolu sektorunda 52 kilometrlik marşrutun İran ərazisində yerləşməsi ilə bağlı məsləhətləşmələr davam edir. Onun sözlərinə görə, layihənin vaxtında başa çatdırılması üçün maliyyə vəsaitinin ayrılması dövlətin əsas prioritetlərindən biridir.


Nazir vurğulayıb ki, Azərbaycan və İranın ən uzaq bölgələrində qəbul edilən qərarlar belə iki ölkə arasındakı strateji rabitəyə təsir göstərə bilməyəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO