Lənkəranda şagird və xadiməni döyən direktor müavini işdən ÇIXARILIB – VİDEO

Lənkəranda şagird və xadiməni döyən direktor müavini işdən ÇIXARILIB – VİDEO

Hazırda oxunan: Lənkəranda şagird və xadiməni döyən direktor müavini işdən ÇIXARILIB – VİDEO

272144

Xəbər verdiyimiz kimi, Lənkəranın Zövlə kənd məktəbində direktor müavininin məktəbin xadiməsinə və şagirdinə əl qaldırmasıyla bağlı videogörüntülər yayılıb.  

Məsələylə bağlı Lənkəran-Astara  Regional Təhsil İdarəsindən Bizim.Media-ya bildirilib ki, hadisə 6 ay əvvələ aiddir.
 

Belə ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. 


"Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür".


Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO