Lalə Azərtaş qalmaqallı çıxışından danışdı:

Lalə Azərtaş qalmaqallı çıxışından danışdı: "Sarkazmı tutmadan yazmağa başladılar" - VİDEO

Hazırda oxunan: Lalə Azərtaş qalmaqallı çıxışından danışdı: "Sarkazmı tutmadan yazmağa başladılar" - VİDEO

27134

Bir neçə gündür ki, “Xəzər” TV-nin tanınmış siması Lalə Azərtaşın Azərbaycanda təbii qazın qiymətlərinin qalxması ilə bağlı şərhi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, aparıcı  bununla bağlı bu gün instaqram hesabında açıqlama yayımlayıb.

O, çıxışının təhrif olunduğunu bildirib:

“Sosial şəbəkələri mənim adımla bağlı təhrif olunmuş çıxışım zəbt edib. Böyük təəccüb və təəssüf içindəyəm. Təəccüblənirəm ki, nəyə görə - “qara piar”ı başa düşdüm, işiniz bundan qidalanmaq, qazanmaqdır – bir xanımın çıxışının əvvəlini və sonunu kəsib, ortadakı cümləni – mürəbbə məsələsini fərqli başlıq altında insanlara yedirtməyə çalışdınız?

Ağzınız şirin oldu? Çətin!

Təəssüf edirəm ki, insanlarımız axıra qədər qulaq asmadan, oradakı səs tonunu tutmadan, eyhamı, sarkazmı, son cümlələrdəki qiymət artımına qəti qarşı olduğumu tutmadan nə əcəb əllərinə telefonlarını alıb, yazmağa başladılar?!

Amma həm də fərqli bir rahatlıq var içimdə - sevinc hissi var. bu gün qazi qardaşlarım, şəhid ailələri fərqli formalarda dəstək nümayiş etdirdilər.

Biz mavi ekrana həqiqətləri demək üçün çıxırıq.

Siz diqqətlə qulaq assanız, görəcəksiniz ki, mən o çıxışda nə demişəm, necə demişəm, niyə demişəm”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO