Çində uçan avtomobillər havada toqquşdu – VİDEO

Çində uçan avtomobillər havada toqquşdu – VİDEO

Hazırda oxunan: Çində uçan avtomobillər havada toqquşdu – VİDEO

270899

Çin şirkəti Xpeng Inc. tərəfindən istehsal olunan iki uçan avtomobil Çançun şəhərində aviaşou məşqi zamanı havada toqquşub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
 

Avtomobillərin bir-birinə həddindən artıq yaxın uçması toqquşmaya səbəb olub. Enmə zamanı maşınlardan biri yanıb, digəri isə uğurla yerə enib.


Agentlik qeyd edir ki, insident bu texnologiyanın təhlükəsizliyi ilə bağlı suallar doğurub. Bu, 2026-cı ildən kütləvi istehsalı planlaşdırılan və artıq Çində sifarişə açıq olan Land Aircraft Carrier adlı eVTOL modullu elektromobil layihəsinə ciddi zərbə vura bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO