Gədəbəydə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Gədəbəydə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

Hazırda oxunan: Gədəbəydə maye qazdoldurma məntəqəsi bağlandı – FOTO/VİDEO

270894

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması sahəsində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən Bizim.Media-ya verilən məlumata görə, agentliyin müfəttişləri Gədəbəy rayonunun Düzyurd kəndində fəaliyyət göstərən fərdi sahibkar Elnur Vahid oğlu İsgəndərova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.
 

Maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun üzərində quraşdırılmış qoruyucu klapanın və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, eyni zamanda, istismar müddəti bitmiş 1 ədəd tutumun tam texniki müayinələrinin keçirilmədiyi müəyyən edilib.


Aşkarlanmış pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqənin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO