Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

Hazırda oxunan: Sel Zaqatalada körpünü qəzalı vəziyyətə saldı- VİDEO

270376

Sel Zaqatalada körpünü qəzalı vəziyyətə salıb, evlərin həyətyanı sahəsini və fındıq bağlarını su basıb.

Bizim.Media xəbər verir ki, son günlər Böyük Qafqaz darlarının cənub ətəyinin Zaqatala rayonu ərazisinə yağan intensiv leysan yağışlar səbəbindən Talaçay, Muxax, Silban, Bəkməz və digər çaylarda suyun səviyyəsi kəskin artıb, Talaçaydan səhər saatlarında sel keçib.
 

Talaçay rayonun Makov kənd inzibati ərazisinə aid Hövtala kənd ərazisindən keçən hissədə məcrasından çıxaraq çayın üzərindəki piyada körpüsünün bir hissəsini qəzalı vəziyyətə salıb.


Hövtala kəndində 10-a yaxın evin həyətyanı sahəsini və bir-neçə sakinin fındıq bağını su basıb, təsərrüfatlara ziyan dəyib.

Hazırda aidiyyəti qurumlar fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görür. (Apa.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO