Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

Hazırda oxunan: Gəncədə yataqxananın eyvanı uçdu - VİDEO

270347

Gəncədə yataqxanalardan birinin eyvanı uçub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində AKTA-6 Qərargah adlanan yataqxanada baş verib.

Sabah saatlarında Cuma Hüseynov və Ramin Rəhimovun məskunlaşdığı evin eyvanı anidən uçub.

İlkin məlumata görə, hadisəyə səbəb binanın baxımsız və qəzalı vəziyyətdə olmasıdır. Sakinlər bildiriblər ki, hadisə ilə bağlı aidiyyətı üzrə rəsmilərə məlumat verilib, lakin hələlik bir reaksiya yoxdur. Məlumat üçün bildirək ki, sözügedən yataqxanada daha çox Kəlbəcər rayonundan olan məcburi köçkünlər yaşayır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO