Xətai rayonunda “Həzi Aslanov” metrostansiyası yaxınlığında iki uşaq küçədə gecələyib.
Bizim.Media xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Daxili İşlər Nazirliyindən (DİN) “Qafqazinfo.az”a bildirildi ki, “Həzi Aslanov” metrostansiyası yaxınlığında azyaşlıların küçədə qalması ilə bağlı yayılan görüntülərlə əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
“Tədbirlər nəticəsində həmin azyaşlılardan biri – 14 yaşlı uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.
İlkin araşdırma zamanı azyaşlının valideynləri ilə mübahisə etdiyi və xəbərsiz evdən çıxdığı müəyyən edilib. Hazırda digər azyaşlının da ailəsinə verilməsi istiqamətində tədbirlər davam etdirilir”, - rəsmi məlumatda vurğulanıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
15:26 / 12.09.2025
Bakıda valideynləri ilə dalaşan uşaq küçədə gecələdi – VİDEO
Hazırda oxunan: Bakıda valideynləri ilə dalaşan uşaq küçədə gecələdi – VİDEO
Hazırda oxunan: Bakıda valideynləri ilə dalaşan uşaq küçədə gecələdi – VİDEO
270093
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.