Pezeşkian İran xalqından üzr istədi – VİDEO

Pezeşkian İran xalqından üzr istədi – VİDEO

Hazırda oxunan: Pezeşkian İran xalqından üzr istədi – VİDEO

270050

Dünən Ərdəbil əyalətinə səfər edən İran prezidenti Məsud Pezeşkian ölkədə elektrik enerjisinin verilməsindəki fasilələr və qaz təchizatındakı kəsintilərlə bağlı xalqdan rəsmən üzr istəyib.

Bizim.Media “Snn.ir”ə istinadən xəbər verir ki, İran Prezidenti çıxışında ölkədəki problemlərdən söz açıb.

O, deyib ki, hökumətin məqsədi vətəndaşlara problem yaratmaq deyil, əksinə, onların həyat şəraitini yaxşılaşdırmaqdır. 

İran Prezidenti hazırkı vəziyyəti çətinliklərlə dolu bir dövr kimi dəyərləndirib və problemlərin yığılıb qaldığını vurğulayıb: 

“Təəssüf ki, biz hakimiyyətə gələndə artıq problemlər yığılmışdı. Bəzən bir sistemi aşırmaq üçün son bir damcı kifayət edir. Biz o mərhələyə çatmışıq”. 

Ölkədəki problemlərin həll ediləcəyinə ümidvar olduğunu vurğulayan hökumət başçısı bildirib: 

“Allahın və xalqın köməyi, eləcə də ali rəhbərin dəstəyi ilə bu problemlərin öhdəsindən gələcəyimizə inanıram”. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO