Yuta ştatında mühafizəkar baxışları ilə tanınan ictimai fəal Çarli Kirkin qətlində şübhəli bilinən şəxsin hadisə yerindən qaçmasının görüntüləri üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) məlumat yayıb.
Qeyd edək ki, qara geyimdə və papaqda olan həmin şəxsin Kirkin çıxış etdiyi Yuta Universitetinə tərəf hərəkət etdiyi kadrlar yayılıb.
FBI qətldə əli olan şəxslər barədə məlumat verənlər üçün 100 min dollar mükafat təyin edib.
Xatırladaq ki, “Turning Point USA” (TPUSA) təşkilatının icraçı direktoru və nüfuzlu sağçı fəal Çarli Kırk sentyabrın 10-da Yuta ştatında keçirilən debat zamanı odlu silahla vurularaq həyatını itirib.
Bizim.Media