Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı – VİDEO

Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı – VİDEO

Hazırda oxunan: Naxçıvanda hərbi vəzifəlilərin təlimi başa çatdı – VİDEO

269351

Əlahiddə Ümumqoşun Orduda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı başa çatıb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 
 

Bildirilib ki, toplanış çərçivəsində ümumqoşun və ixtisas hazırlığı üzrə məşğələlər keçirilib, atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmaları icra olunub, həmçinin günün nizam qaydalarına uyğun fəaliyyətlər yerinə yetirilib.


Hərbi vəzifəlilərə müşahidə dronlarından istifadə qaydaları da göstərilib və müxtəlif tapşırıqlar məşq etdirilib.

Sonda toplanış müddətində fərqlənən hərbi vəzifəlilər mükafatlandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO