Ukrayna dronları bu gecə Ryazan şəhərinə hücum edərək yerli neft emalı zavodunu hədəfə alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Yerli sakinlər zavod ərazisində bir neçə güclü partlayış səsi eşitdiklərini və alovların yüksəldiyini bildiriblər.
Rəsmi qurumlar və hərbi strukturlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Ryazan Neft Emalı Zavodu şəhərin cənub hissəsində yerləşir. Bu zavod Moskvanı yanacaqla təmin edən əsas emal müəsssisələrindən biri hesab olunur.
Bizim.Media