Putindən SƏRT XƏBƏRDARLIQ – “Ukraynadakı NATO qüvvələri də qanuni hədəf olacaq” – VİDEO

Putindən SƏRT XƏBƏRDARLIQ – “Ukraynadakı NATO qüvvələri də qanuni hədəf olacaq” – VİDEO

Hazırda oxunan: Putindən SƏRT XƏBƏRDARLIQ – “Ukraynadakı NATO qüvvələri də qanuni hədəf olacaq” – VİDEO

268822

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Ukrayna ərazisində yerləşdirilən NATO qoşunları Rusiya ordusu üçün qanuni hədəf sayılacaq. 

Bizim.Media xəbər verir ki, Rusiya lideri bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı danışıb.

“Əgər Ukraynada NATO qoşunları peyda olarsa, biz onları zərbə üçün qanuni hədəf hesab edəcəyik.

Amma əgər uzunmüddətli sülhə gətirib çıxaracaq qərarlar qəbul olunarsa, onda onların Ukrayna ərazisində yerləşməsinin mənasını görmürəm”, – deyə Putin bildirib.
 

Dövlət başçısı vurğulayıb ki, Ukraynanın NATO-ya cəlb edilməsinin əsas səbəblərindən biri məhz müttəfiq qoşunların orada yerləşdirilməsi ehtimalıdır. Onun sözlərinə görə, uzunmüddətli sülh əldə olunacağı təqdirdə, xarici hərbi qüvvələrin Ukraynada mövcudluğu əhəmiyyətini itirəcək.


Xatırladaq ki, Putin daha əvvəl də Qərb ölkələrinin Ukraynadakı qüvvə və texnikalarının Rusiya ordusu üçün qanuni hədəf olduğunu bildirib.  


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO