Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində keçirilən plenar sessiyada moderatorun sualına zarafatla cavab verib.
Bizim.Media xəbər verir ki, moderator dövlət başçısına Çin Xalq Respublikasının sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi ilə birgə çəkilmiş fotosunu xatırladıb.
Həmin şəkil “fil, əjdaha və ayı” ifadəsi ilə simvolik şəkildə təsvir olunub. Moderator Putindən soruşub:
“Bəs bu birlikdə ayının yeri haradadır?”
Putin isə bu suala “Ayı elə ayıdır” cavabını verib.
Dövlət başçısı əlavə edib ki, ayı Rusiya üçün simvolik heyvandır. Bununla yanaşı, Putin ən böyük pələngin də Rusiyada yaşadığını vurğulayıb:
“Ayı, şübhəsiz, Rusiyanın simvoludur. Amma biz hazırda Uzaq Şərqdə olduğumuz üçün qeyd edim – dünyanın ən böyük pələngi də Amur, yəni rus pələngidir”.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
09:55 / 05.09.2025
Putin: “Ayı elə ayıdır” – VİDEO
Hazırda oxunan: Putin: “Ayı elə ayıdır” – VİDEO
Hazırda oxunan: Putin: “Ayı elə ayıdır” – VİDEO
268814
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.