Rusiya prezidenti Vladimir Putin Çinin Pekin şəhərində Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri TASS agentliyi yayıb.
Putin görüş zamanı bildirib ki, Rusiya Federasiyası və Pakistan bir sıra istiqamətlərdə işi “dalandan çıxarmağı” bacarıb. Baş nazir isə öz növbəsində qeyd edib ki, Pakistan Rusiya ilə ikitərəfli əlaqələri möhkəmləndirməyə qətiyyətlə hazırdır.
O, həmçinin Rusiyaya səfər dəvəti üçün Putinə təşəkkür edib və bunu məmnuniyyətlə edəcəyini söyləyib.
Kremlin sahibi əlavə edib ki, Rusiya Federasiyası və Pakistan arasında ticarət dövriyyəsi azalıb, bu, işləmək üçün yaxşı siqnaldır.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
16:02 / 02.09.2025
Putin Şahbaz Şərifi Moskvaya dəvət etdi - VİDEO
Hazırda oxunan: Putin Şahbaz Şərifi Moskvaya dəvət etdi - VİDEO
Hazırda oxunan: Putin Şahbaz Şərifi Moskvaya dəvət etdi - VİDEO
268346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.